Sema Heseneliyeva
@semaheseneliyeva_889186
Haqqında
Səma Həsənəliyeva Coşqun qızı,23.12.1997-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 2008-ci il Ordubad şəhər uşaq musiqi məktəbinə fortepiano sinfi üzrə təhsil almağa başlayıb.Təhsil illərində məktəblərini fərqli tədbirlərdə-məktəbin xor kollektivi ilə birgə xor müsabiqə və konsertlərində,həmçinin fortepiano ifaçısı olaraq,konsertlərdə,şeir müsabiqələrində təmsil etmişdir.Hətda 3 -cü sinifdə təhsil alarkən,öz yazdığı şeir ilə müsabiqədə iştirak etmiş,”Fəxri-Fərman”la təltif olunmuşdur.Vətənə həsr olunmuş bu şeir,daha sonra,rayon qəzetinin bir nömrəsində oxuculara təqdim edilmişdir.Elə bu qələm sevgisi,onu,musiqidə də,kiçik yaşlarında özünü sınamağa sövq etmişdi. 2012-ci il Bakı şəhər Qara Qarayev adına 11 illik Mərkəzi İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə daxil olub,2017 -cil ildə eyni ixtisasdan "Fərqlənmə diplomu" ilə məzun olmuşdur.Elə həmin il,Azərbaycan Milli Konservatoriyasına,Bəstəkarlıq”ixtisası üzrə Cəlal Abbasovun sinfinə qəbul olmuşdur.Həm məktəb,həm də,Konservatoriyadakı təhsil illərində,təhsil müəssisələrini müxtəlif tədbirlərdə təmsil etmişdir. 2021-ci ilin iyun ayında "Türk birliyi"nə həsr etdiyi “Ərgənəqon dastanı”adlı baleti ilə Azərbaycanda ən gənc yaşda balet yazan,gənc bəstəkar kimi məzun olmuş,Azərbaycanın əlaçı tələbələrindən biri olduğu üçün,qəzetdə haqqında məlumat dərc olunmuşdur.Konservatoriyada təhsil alarkən,Koreya dili və mədəniyyətilə bağlı tədbirlərdə də aktiv şəkildə iştirak etmişdir.Bu səbəbdən,o,Azərbaycanda ilk Koreya dilində yazılan mahnının da müəllifidir(sözləri və musiqisi bəstəkara aiddir).Eyni zamanda,ilk solo simfonik orkestr üçün yazılan tangonun və musiqidə əsasını Sakit Məmmədovun qoyduğu "Opalizm texnikası"na həsr olunan,və bu texnikada yazılan ilk musiqi əsərlərinin və s.yeniliklərin də müəllifidir. 2022-ci ilin iyun ayından etibarən DoZaDo tədris mərkəzində müəllim kimi fəaliyyət göstərir.2022 ci ilin noyabr ayından -2023 -cu ilin iyun ayınadək Binəqədi rayonu,Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə “musiqi fənni” üzrə müəllim vəzifəsində çalışmışdır.2024-cü ilin iyun-iyul aylarında isə Summerschools Azərbaijan(Landau school,Bilgah Beach Summerschool)və IMEC`də “Etiquette” və “Self-development” dərsləri keçmişdir.Hal-hazırda həm fortepiano aləti ifaçılığı,Koreya dili tədrisi ilə,həm də,xüsusi orkestr işləmələri və bəstəkarlıqla məşğuldur.
İxtisaslar
Treklər
Nəticə tapılmadı