Səma Həsənəliyeva

Bəstəkar

Bakı-Azərbaycan

Bioqrafiya

Səma Həsənəliyeva Coşqun qızı,23.12.1997-ci il tarixində Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. 2008-ci il Ordubad şəhər uşaq musiqi məktəbində, fortepiano sinfi üzrə təhsil almağa başlayıb.Təhsil illərində məktəblərini fərqli tədbirlərdə-məktəbin xor kollektivi ilə birgə xor müsabiqə və konsertlərində,həmçinin fortepiano ifaçısı olaraq,konsertlərdə,şeir müsabiqələrində təmsil etmişdir.Hətda 3 -cü sinifdə təhsil alarkən,öz yazdığı şeir ilə müsabiqədə iştirak etmiş,”Fəxri-Fərman”la təltif olunmuşdur.Vətənə həsr olunmuş bu şeir,daha sonra,rayon qəzetinin bir nömrəsində oxuculara təqdim edilmişdir.Elə bu qələm sevgisi,onu,musiqidə də,kiçik yaşlarında özünü sınamağa sövq etmişdi. 2012-ci il Bakı şəhəri Qara Qarayev adına 11 illik Mərkəzi İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə daxil olub,2017 -cil ildə eyni ixtisasdan "Fərqlənmə diplomu" ilə məzun olmuşdur.Elə həmin il,Azərbaycan Milli Konservatoriyasına,Bəstəkarlıq”ixtisası üzrə Cəlal Abbasovun sinfinə qəbul olmuşdur.Həm məktəb,həm də,Konservatoriyadakı təhsil illərində,təhsil müəssisələrini müxtəlif tədbirlərdə təmsil etmişdir. 2021-ci ilin iyun ayında "Türk birliyi"nə həsr etdiyi “Ərgənəqon dastanı”adlı baleti ilə Azərbaycanda ən gənc yaşda balet yazan,gənc bəstəkar kimi məzun olmuş,Azərbaycanın əlaçı tələbələrindən biri olduğu üçün,qəzetdə haqqında məlumat dərc olunmuşdur.Konservatoriyada təhsil alarkən,Koreya dili və mədəniyyətilə bağlı tədbirlərdə də aktiv şəkildə iştirak etmişdir.Bu səbəbdən,o,Azərbaycanda ilk Koreya dilində yazılan mahnının da müəllifidir(sözləri və musiqisi bəstəkara aiddir).Eyni zamanda,ilk solo simfonik orkestr üçün yazılan tangonun və musiqidə əsasını Sakit Məmmədovun qoyduğu "Opalizm texnikası"na həsr olunan,və bu texnikada yazılan  ilk musiqi əsərlərinin  və s.yeniliklərin də müəllifidir. 2022-ci ilin iyun ayından etibarən DoZaDo tədris mərkəzində müəllim kimi fəaliyyət göstərir.2022 ci ilin noyabr ayından -2023 -cu ilin iyun ayınadək Binəqədi rayonu,Z.Məmmədov adına 103 saylı tam orta məktəbdə “musiqi fənni” üzrə müəllim vəzifəsində çalışmışdır.2024-cü ilin iyun-iyul aylarında isə Summerschools Azərbaijan(Landau school,Bilgah Beach Summerschool)və IMEC`də “Etiquette” və “Self-development” dərsləri keçmişdir.Hal-hazırda həm fortepiano aləti ifaçılığı,Koreya dili tədrisi ilə,həm də,xüsusi orkestr işləmələri və bəstəkarlıqla məşğuldur.

Portfolio

Əsərlər-"Türk birliyi"nə həsr olunmuş“Ərgənəqon dastanı”baleti(2020-2021),Sakit Məmmədovun “Opalizm texnikası”ına həsr olunmuş,və opalizm texnikasını  musiqiyə daşımış ilk musiqi əsəri olan, 3 pyesdən ibarət “Rənglərin ahəngi”adlı albom(simfonik orkestr üçün),”(Bu albomdan-“Qırmızının kölgəsi” (Sombra de Rojo)Azərbaycanda,solo simfonik orkestr üçün yazılmış ilk tanqodur(2020).Klarinet və kamera orkestri üçün 1 hissəli konsert”(2019),”The tears of hope”(“Ümidin göz yaşları”)adlı, 2 hissədən ibarət simli kvartet(2019),”The Journey”(“Səyahət”)adlı,3 hissədən ibarət fortepiano sonatası,(2018)”Meşədə bir gün”adlı variasiya silsiləsi(fortepiano)(2018),fortepiano üçün nəzərdə tutulmuş “12 prelüd”(2017), Koreya və Azərbaycanın Beynəlxalq əlaqələrinin 30 illik yubileyinə həsr olunmuş, “Rainy Season”(“Yağış fəsli”)adlı fortepiano pyesləri və “잔인”Cruel”adlı 1 mahnıdan(Azərbaycanda,Koreya dilində yazılmış ilk mahnıdır.Sözləri və musiqisi bəstəkara məxsusdur.) ibarət albom(2022-2023), sözləri və musiqisi özünə aid olan 2 romans(Biri Qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadəyə həsr olunmuşdur-“Şəhid olmuşam” ),(2020)“Hisslərin toxunuşu”(Touch of Feelings)adlı,fortepiano və trio üçün nəzərdə tutulmuş albom(violin,cello,fortepiano)(2025),bir sıra valslar,prelüdlərin,o cümlədən,xarici ölkə bəstəkarlarının əsərlərinin,xalq mahnı və rəqslərinin simfonik orkestr və digər tərkiblər üçün işləmələrin və bir sıra şeirlərin müəllifidir.

Music